26 fevral 2025 at 19:12
Jurnalist kodu: 5561
Xəbər kodu: 85763489
T T
0 Persons
Qəzzənin mühasirəsi və dağıdılması ilə sionist soyqırım davam edir; Soyuq 7 fələstinli uşağı öldürdü

Tehran - İRNA - Fələstinin Səhiyyə Nazirliyi sionist rejimin Qəzzə zolağında tibb mərkəzləri və avadanlıqlarının dağıdılmasına işarə edərək, həddindən artıq soyuqda 7 uşağın şəhid olduğunu açıqlayıb.

Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir Əl-Barş bildirib ki, yaşı iki aydan az olan Sila Abdul-Qader adlı körpə şiddətli soyuqdan dünyasını dəyişdi.

O, Qəzzə zolağında kəskin soyuqların indiyədək 7 uşağın ölümünə səbəb olduğuna işarə edərək, qəzzəli uşaqları işğalçı rejimin soyqırım müharibəsinin nəticələrindən xilas etmək üçün beynəlxalq qurumları və BMT-ni dərhal müdaxilə etməyə çağırıb.

Əl-Barş deyib: “Hər gün bir çox insan, xüsusən də yeni doğulmuş körpələr soyuğun qurbanı olur. Buna səbəb Qəzzə zolağının şimalındakı xəstəxanalarda tibb mərkəzlərinin və ixtisaslaşdırılmış tibbi avadanlıqların, o cümlədən neonatal palataların və reanimasiya şöbələrinin dağıdılmasıdır.”

Bununla bağlı Qəzzə üzrə Hökumət İnformasiya Ofisinin rəhbəri İsmayıl Əl-Səvabətə sionist rejimin Qəzzə zolağının sakinlərinə qarşı planlaşdırdığı mühasirəni davam etdirməsinə toxunaraq qeyd edib ki, İsrail işğalçıları açıq-aşkar pozuntularını, humanitar yardımların və zəruri malların Qəzzəyə daxil olmasına icazə verən öhdəlik və razılaşmaları pozmaqda davam edirlər. 

“İşğalçılar sistematik olaraq zəruri ərzaq, dərman və yanacağın Qəzzəyə daxil olmasına mane olurlar ki, bu da regionda humanitar fəlakəti daha da gücləndirir” - deyə, o, əlavə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .